Global Art
İDMAN

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

Düşünürəm ki, hamı bu trasda yarışmağı səbirsizliklə gözləyirdi. Ümumiyyətlə, hər bir sürücü bu trasa həyəcanla yanaşır. Burada yarışmaq həqiqətən maraqlıdır. Bura gəlmək həmişə çox gözəldir. Bu, inam tələb edən trasdır. Şəhər trası üçün burada fərqli xüsusiyyətlər var. Çoxlu döngələr mövcuddur. Ümid edirəm ki, bu dəfə yarış bizim üçün daha yaxşı keçər.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “McLaren” komandasının pilotu Oskar Piastri Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

O, keçən həftəsonu bolidinin kifayət qədər sürətli olduğunu, amma bəzi hallarda potensialını tam göstərə bilmədiyini söyləyib: “Düşünürəm ki, əsas məsələ bu idi. Bununla belə, yaxşı irəliləyiş əldə edirik. Bəzi yenilikləri sınaqdan keçiririk. Onların bəziləri işə yarayır, bəziləri isə yox. Hər halda, olduğumuz yerdə dayanmaq fikrimiz yoxdur”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.

Daha çox