Global Art
XəBəRLəR

Özbəkistan Mərkəzi Bankının nümayəndə heyəti Mərkəzi Bankda olub

Özbəkistan Mərkəzi Bankının nümayəndə heyəti Mərkəzi Bankda olub

Özbəkistan Mərkəzi Bankının (CBU) nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında (AMB) işgüzar səfərdə olub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşlərdə CBU nümayəndə heyətinə risk əsaslı illik audit planının hazırlanması, keyfiyyətə nəzarət, proseslərin avtomatlaşdırılması, hesabatlılıq, audit tövsiyələrinin izlənməsi kimi mövzularda təqdimatlar keçirilib.

Görüşlər zamanı Mərkəzi Bankın əməkdaşları tərəfindən qeyd olunan istiqamətlər üzrə institusional təcrübə və tətbiq olunan yanaşmalar barədə məlumat verilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Daha çox