Global Art
XəBəRLəR

“PAŞA Holdinq”in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb

“PAŞA Holdinq”in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb

“PAŞA Holdinq”in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti “INMerge” İstanbul və “INMerge” Daşkənd tədbirlərindən sonra 2026-cı il üzrə “INMerge” beynəlxalq tədbirlər seriyasını iyunun 29-da “INMerge” Berlin tədbiri ilə yekunlaşdırıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Berlindəki AXICA Konqres Mərkəzində keçirilən tədbir Avropa və Mərkəzi Avrasiya regionları üzrə investisiya, tərəfdaşlıq və bazar genişlənməsi imkanlarını müzakirə etmək məqsədilə təsisçiləri, investorları, korporativ innovasiya liderlərini, rəhbərləri, startapları, vençur kapitalı nümayəndələrini və texnologiya liderlərini bir araya gətirib.

Noyabrda Bakıda keçiriləcək əsas “INMerge” İnnovasiya Sammitindən əvvəl üçüncü və sonuncu beynəlxalq tədbir olan “INMerge” Berlin “GITEX Europe”un rəsmi proqramı çərçivəsində keçirilən tədbir kimi baş tutub. “PAŞA Holdinq”in təşəbbüsü və “Plug and Play” ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan tədbir Avropanın innovasiya ekosistemi ilə Azərbaycan, Qafqaz, Mərkəzi Asiya və sürətlə inkişaf edən digər innovasiya bazarları arasında fikir mübadiləsi, yeni əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayıb.

“PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru Fərid Məmmədov bu tədbirin əhəmiyyəti barədə bildirib: “INMerge Berlin “INMerge” İnnovasiya Sammitinin inkişafında mühüm mərhələdir. Biz “INMerge”i ilk dəfə Avropaya gətirməklə müzakirələri regional sərhədlərdən kənara çıxarır və Avropa, Azərbaycan, Qafqaz, Mərkəzi Asiya və inkişaf etməkdə olan innovasiya bazarları arasında daha güclü körpü yaradırıq. Bu tədbir texnologiya və sahibkarlığın gələcəyinə töhfə verə biləcək ideyalar ətrafında təsisçiləri, investorları, korporativ liderləri və ekosistem nümayəndələrini bir araya gətirmək istiqamətində öhdəliyimizi əks etdirir”.

Global Art

Daha çox