Global Art
XəBəRLəR

Perumal Arumugam: “Bakı İqlim Fəaliyyəti Həftəsi” iqlim həllərini birlikdə qurmaq ideyaları ətrafında formalaşıb

Perumal Arumugam: “Bakı İqlim Fəaliyyəti Həftəsi” iqlim həllərini birlikdə qurmaq ideyaları ətrafında formalaşıb

Karbon bazarları emissiyaların azaldılması xərclərini aşağı salmaqla fərqi aradan qaldırmağa kömək edə bilər. Onlar ölkələrə mövcud resurslarla daha çox nailiyyət əldə etməyə imkan yaradır.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində keçirilən “Karbon bazarı müzakirəsi: Karbon bazarları vasitəsilə iqlim maliyyələşməsinin hərəkətə keçirilməsi” mövzulu panel sessiyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) nümayəndəsi Perumal Arumugam deyib.

O qeyd edib ki, şəffaflıq karbon bazarlarında vacibdir və o, etibarın valyutasıdır. Etibar isə karbon dəyərini iqlim investisiyalarına çevirən amildir. Bu gün bazar etibar edə biləcəyi vahidlərə görə daha çox ödəyir, ölkələrin və investorların isə buna inamı olmalıdır. BMT çərçivəsində mövcud olan belə mexanizmlərdən biri də yüksək dürüstlüyə malik karbon kreditləri üçün təməl təmin edən Paris Sazişinin Kreditləşmə Mexanizmidir. Proses özünü doğruldub. İndi vəzifə bu hazırolma vəziyyətini etibarlı fəaliyyətlər və ölçülə bilən nəticələr zəncirinə çevirməkdir. Hökumətlərin və özəl sektorun müəyyən rolları mövcuddur. Qarşımızdakı imkan tamamilə misilsizdir. Yaradılmış mexanizmlər karbon bazarlarını fəaliyyətə keçirmək üçün lazımi elementləri təmin edir.

“Bakı İqlim Fəaliyyəti Həftəsi” iqlim həllərini birlikdə qurmaq ideyaları ətrafında formalaşıb. Karbon bazarları bu əməkdaşlığın nə üçün vacib olduğunu dəqiq şəkildə nümayiş etdirir. Heç bir hökumət, şirkət və ya qurum təkbaşına etibarlı bazar yarada bilməz. Uğur ümumi qaydalardan, güclü təsisatlardan, bacarıqlı layihə tərtibatçılarından, sadiq investorlardan və gözlə görünən faydalar əldə edən icmalardan asılıdır. Bu prinsiplər xüsusilə inkişaf etməkdə olan və yeni formalaşan iqtisadiyyatlar üçün vacibdir”, - deyə UNFCCC-nin nümayəndəsi bildirib.

Daha çox