Global Art
XəBəRLəR

Pərviz Şahbazov: Azərbaycanın strateji əhəmiyyəti etibarlı enerji tərəfdaşı olmasından irəli gəlir

Pərviz Şahbazov: Azərbaycanın strateji əhəmiyyəti etibarlı enerji tərəfdaşı olmasından irəli gəlir

Azərbaycanın enerji sahəsində strateji əhəmiyyəti hasilat həcmlərindən daha çox etibarlı təchizatçı və etibarlı tərəfdaş kimi mövqeyi ilə müəyyən edilir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov OPEC+-un Əməkdaşlıq Xartiyası üzrə ilk iclasındakı çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda Azərbaycan nefti Avropa və Asiyanın 20-dək ölkəsinə ixrac olunur. Kondensat da daxil olmaqla gündəlik neft hasilatı orta hesabla 553 min barel, ixrac isə 445 min barel təşkil edir.

“1899-cu ildə Azərbaycan dünya neft hasilatı və emalında birinci yerdə qərarlaşıb, qlobal neft hasilatının təxminən yarısını təmin edib. Bu gün qlobal hasilatda pay fərqli olsa da, ölkənin etibarlı enerji təchizatçısı kimi strateji əhəmiyyəti daha da artıb. Müasir dövrdə enerji sahəsində təsir gücü yalnız hasilat həcmləri ilə deyil, təhlükəsiz və şaxələndirilmiş nəqli marşrutları, etibarlı tərəfdaşlıq və fasiləsiz tədarük imkanları ilə ölçülür. Azərbaycanın OPEC+ çərçivəsində fəaliyyəti də bu məqsədlərə xidmət edir. OPEC+ yalnız hasilatın tənzimlənməsi mexanizmi deyil, həm də qlobal neft bazarında sabitliyin qorunmasına, istehsalçı və istehlakçı ölkələrin maraqları arasında balansın təmin olunmasına töhfə verən mühüm əməkdaşlıq platformasıdır”, - deyə o vurğulayıb.

Global Art

Daha çox