Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bildirib ki, həmin tarixi sənəd Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri ən yüksək səviyyəyə qaldırdı.