Fransanın PSJ klubu UEFA Superkuboku uğrunda İngiltərənin “Aston Villa” komandasına qarşı keçirəcəyi oyun üçün iştirak ərizəsini açıqlayıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa çempionunun Avropa futbol qurumuna təqdim etdiyi siyahıda 24 futbolçunun adı yer alıb.
Qapıçılar: Alessandro Lonqoni, Luka Şevalye, Matvey Safonov;
Müdafiəçilər: Əşrəf Hakimi, Lukas Beraldo, Markinyos (kapitan), İlya Zabarnı, Luka Din, Luka Ernandes, Nunu Mendeş, Villian Paço;
Yarımmüdafiəçilər: Fabian Ruis, Manyes Akliuş, Vitinya, Senni Meyulyu, Dro Fernandes, Varren Zair-Emeri, Joau Neveş;
Hücumçular: Xviça Kvaratsxeliya, Usman Dembele, Dezire Due, Bredli Barkolya, Kenten Ncantu, İbrahim Mbaye.
PSJ tarixində üçüncü dəfə UEFA Superkuboku uğrunda mübarizə aparacaq. Paris klubu 1996-cı ildə “Yuventus”a iki oyunun (1:6, 1:3) nəticəsinə əsasən məğlub olub. Fransa klubu ötən il isə Superkuboka sahib çıxıb. Paris klubu İngiltərə “Tottenhem”i ilə əsas vaxtı 2:2 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında (4:3) rəqibinə qalib gəlib. “Aston Villa” isə UEFA Superkubokunu 1982-ci ildə qazanıb. İngiltərə klubu həmin vaxt İspaniyanın “Barselona” komandasını iki oyunun (0:1, 3:0) nəticəsinə əsasən üstələyərək titulu başı üzərinə qaldırıb.
PSJ UEFA Çempionlar Liqasının, “Aston Villa” isə Avropa Liqasının son qalibidir.
Qeyd edək ki, UEFA Superkuboku uğrunda PSJ–“Aston Villa” oyunu avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.