Türk İnvestisiya Fondu iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına və rəqəmsal maliyyə alətlərinin inkişafına ciddi təsir göstərəcək.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bildirib.
“Mədəni və humanitar sahədə əməkdaşlığın təşkilatımızın prioritet sahələrindən biri olduğunu nəzərə alaraq, diqqətinizi bu sektorda rəqəmsallaşma məsələsinə cəlb etmək istərdim. Türk xalqlarının mədəniyyətini, tarixini və mənəvi irsini qorumaq, populyarlaşdırmaq və gələcək nəsillərə çatdırmaq dövrümüzün vacib vəzifəsidir. Bu baxımdan, müasir immersiv və inteqrasiya olunmuş rəqəmsal texnologiyalardan istifadə edərək rəqəmsal muzey portalının yaradılmasını zəruri sayıram və bu təşəbbüsü sizin müzakirənizə təqdim edirəm”, - deyə Qırğızıstan Prezidenti əlavə edib.
Global Art