Bakıda yaxşı nəticə uğrunda mübarizə aparmağa çalışacağıq. Əlimizdən gələnin ən yaxşısını etmək və rəqabətədavamlı olmaq istəyirik.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Red Bull” komandasının pilotu İsak Hacar Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
O, yenidən sükan arxasına keçəcəyi günü səbirsizliklə gözlədiyini bildirib: “Bildiyiniz kimi, sonuncu dəfə Budapeştdə sükan arxasında olmuşdum. Mənə elə gəlir ki, sanki üstündən çox uzun vaxt keçib. Ona görə də həqiqətən qayıtmaq gözəldir. Qayıtmaq üçün çətin dövrdən keçdik, amma həyəcanlıyam. Hər şey əladır. Biləyimlə bağlı deyə bilərəm ki, maşın sürmək üçün kifayət qədər yaxşıdır. Mənim üçün əsas vacib olan da budur”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.