Global Art
XəBəRLəR

"Sabah" Finlandiyada növbəti sınağa çıxır – Çempionlar Liqasında həlledici matç

"Sabah" Finlandiyada növbəti sınağa çıxır – Çempionlar Liqasında həlledici matç

Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın "KuPS" komandası ilə üz-üzə gələcək.

Global Art Baku.ws-a istinadən xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunun baş hakimi İsraildən olan FIFA referisi Qal Leyboviç olacaq.

"Sabah" ilk oyunda Bakıda rəqibi üzərində 1:0 hesablı qələbə qazanaraq cavab görüşü öncəsi üstünlük əldə edib. Azərbaycan təmsilçisi bu üstünlüyü qorumaqla növbəti mərhələyə vəsiqə qazanmağa çalışacaq.

Global Art

Daha çox