Global Art
XəBəRLəR

"Sabah" ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb

"Sabah" ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb

"Sabah" komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qollarını Kristian Nvaçukvu, Umarali Raxmonaliyev və Tellur Mütəllimov vurublar. Mütəllimovun 90+4-cü dəqiqədə vurduğu qol görüşü əlavə vaxta aparıb.

Əlavə vaxtın 101-ci dəqiqəsində Patrik Orfe Mbina dördüncü qola imza atıb. Son nöqtəni isə 115-ci dəqiqədə Coy Lens Mikels vurub və ümumi hesab 6:4 olub.

Daha çox