Global Art
XəBəRLəR

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

İyunun 7-də Ermənistanda keçirilən seçkilərdən sonra regionda yeni dinamika yarandı. Azərbaycanla Ermənistana sülh sazişinə doğru uğurlu yol arzulayırıq.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistanda keçirilən parlament seçkilərini şərh edərkən deyib.

“Ermənistanla Azərbaycan arasında davam edən dialoq Gürcüstan üçün vacibdir. Regionda sülh və sabitlik bizim üçün mühümdür, Gürcüstan bunu təkbaşına təmin edə bilməz. Hər kəs sülhə sadiq qalmalıdır. Nikol Paşinyanın vədi Ermənistan üçün sülh və sabitliyi təmin etmək idi ki, bu da nəticə etibarilə elə bütün region üçün sülh və sabitlik deməkdir", - deyə Papuaşvili bildirib.

Global Art

Daha çox