Global Art
XəBəRLəR

Şarl Lekler “Ferrari” ilə müqaviləsinin müddətini uzadıb

Şarl Lekler “Ferrari” ilə müqaviləsinin müddətini uzadıb

Formula-1 pilotu Şarl Lekler "Ferrari" ilə müqaviləsinin müddətini uzadıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, monakolu pilot İtaliya təmsilçisi ilə çoxillik yeni sözləşməyə imza atıb.

Ş.Lekler 2019-cu ildən “Ferrari”nin şərəfini qoruyur. O, 2022-ci ildə Formula-1 üzrə dünya çempionatında mövsümü ikinci pillədə başa vuraraq vitse-çempion olub.

Global Art

Daha çox