Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri ilə əlaqədar Özbəkistanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rəhmatulla Nurimbetov səfərin yekunlarını, eləcə də Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf perspektivlərini şərh edib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, diplomat iki ölkə arasında praktiki əməkdaşlığın genişləndirilməsinə, o cümlədən İsveçdə təşviq olunan birgə layihə və təşəbbüslərə xüsusi diqqət yetirib.