Global Art
XəBəRLəR

SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Bu ilin yanvar-iyul aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 175,7 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 68,6 milyon dollar və ya 28,1 faiz azdır.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 244,3 milyon dollar olub.

Daha çox