Global Art
XəBəRLəR

SOCAR: Zəngəzur dəhlizi regionun enerji və nəqliyyat əlaqələrinin güclənməsinə xidmət edəcək

SOCAR: Zəngəzur dəhlizi regionun enerji və nəqliyyat əlaqələrinin güclənməsinə xidmət edəcək

Zəngəzur dəhlizinin reallaşdırılması region ölkələri arasında əlaqələrin möhkəmlənməsinə, enerji və nəqliyyat əlaqələrinin güclənməsinə və yeni iqtisadi imkanların yaranmasına töhfə verəcək.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Qaz İttifaqının İcraiyyə Komitəsinin üzvü, SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov Bakı Enerji Forumunda “Qaz sessiyası — bazarlar, nəqliyyat marşrutları və geopolitika” adlı sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, qlobal enerji sektorunda maliyyə ilə bağlı müəyyən çətinliklərə baxmayaraq, şirkət yeni layihələr üzərində işləməyə davam edir.

“Komandamız yeni layihələrin strukturunun formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Tərəfdaşlarımızla birlikdə inkişaf etdirdiyimiz Zəngəzur dəhlizini xüsusi qeyd etmək istərdim. Hazırda onun kommersiya strukturu müzakirə olunur. Bu dəhliz bizi qonşu ölkələrlə birləşdirəcək və region üçün mühüm əhəmiyyət daşıyacaq”, – deyə o vurğulayıb.

Vitaliy Bəylərbəyov əlavə edib ki, regional əməkdaşlığın genişləndirilməsi və infrastruktur layihələrinin inkişafı enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır.

Global Art

Daha çox