Global Art
XəBəRLəR

Somali səfiri: AIDA Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyinin mühüm təzahürünə çevrilib

Somali səfiri: AIDA Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyinin mühüm təzahürünə çevrilib

Prezident İlham Əliyevə, eləcə də Azərbaycan hökumətinə və xalqına uzaqgörənliklərinə, dostluqlarına və beynəlxalq inkişaf əməkdaşlığına davamlı sadiqliklərinə görə, səmimi minnətdarlığımı bildirirəm.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Somali Federativ Respublikasının ölkəmizdəki səfiri Abdinur Dahir Fidou Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində keçirilən “Dayanıqlı inkişaf və səmərəli humanitar yardım naminə tərəfdaşlıqlar” mövzusunda panel müzakirəsində söyləyib.

O bildirib ki, son 15 il ərzində AIDA Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyinin mühüm təzahürünə çevrilib. "Mən, həmçinin Azərbaycanı beynəlxalq inkişaf əməkdaşlığına artan töhfəsinə, əməkdaşlıq üçün praktiki imkanları müəyyənləşdirə biləcəyi bir platforma təmin etdiyinə görə təqdir edirəm.

AIDA həmrəylik, qarşılıqlı hörmət və daha yaxşı gələcəyə olan ortaq inam üzərində qurulmuş tərəfdaşlığın dəyərini əks etdirir. Somali üçün bu dostluq və tərəfdaşlıq ruhu dərin rəğbətlə qarşılanır", - deyə səfir əlavə edib.

Daha çox