Global Art
XəBəRLəR

Son üç ildə Azərbaycanda istehsalata gedən filmlərin sayı açıqlanıb

Son üç ildə Azərbaycanda istehsalata gedən filmlərin sayı açıqlanıb

“Cəmiyyət bu gün Azərbaycan kinosunu, Azərbaycan filmini ekranlarda, kinoteatrlarda rahatlıqla görə bilir. Son üç il ərzində 71 film istehsalata gedib. Bu da öz növbəsində dövr ərzində təxminən 2 minə yaxın daimi və müvəqqəti iş yerinin açılmasına səbəb olub. Bu, bizim üçün vacib və qürurverici bir göstəricidir”.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, nazir qeyd edib ki, qeyd edilən filmlərin arasında 20 tammetrajlı bədii film mövcuddur. A.Kərimli daha sonra deyib: “Həmin filmlərin bir çoxunun istehsalı başa çatıb, artıq Azərbaycan filmləri kinoteatrlara verilir və kinoteatrlarda o filmlərə baxmaq üçün tamaşaçılarımız növbəyə düzülür.

Animasiya filmləri ilə bağlı da uğurlar var. Altı animasiya filmi istehsalata verilib, onlardan bir neçəsi üzrə iş yekunlaşıb”.

Global Art

Daha çox