İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının İcraiyyə Komitəsinin nümayəndə heyəti arasında görüş keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Türkiyə-Azərbaycan Biznes Şurasının fəaliyyətinin daha sistemli əsaslarla qurulması, yeni əməkdaşlıq formatının yaradılması və Biznes Şurasının 35 illiyi ilə bağlı tədbirin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, Azərbaycan–Türkiyə Hökumətlərarası Birgə İqtisadi Komissiyasının Fəaliyyət Planı üzrə görüləcək işlər, Naxçıvanla ticarət əlaqələrinin gücləndirilməsi, Türkiyədə Azərbaycanın investisiya imkanlarının təşviqi məqsədilə “road-show”ların təşkili və birgə biznes tədbirlərinin keçirilməsi imkanları müzakirə olunub.