Global Art
XəBəRLəR

Xatirə Vəliyeva: Azərbaycan Qlobal Cənub QHT-lərinin Birliyinə Ev Sahibliyi Edir

Xatirə Vəliyeva: Azərbaycan Qlobal Cənub QHT-lərinin Birliyinə Ev Sahibliyi Edir

Global Art xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Xatirə Vəliyeva, 14 may 2026 il tarixində keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında Global Art ilə fikirləri ilə paylaşıb.

"14 may 2026-cı il həm bizim, həm də vətəndaş cəmiyyəti və QHT-lərin həyatında əlamətdar gün kimi yadda qalacaq. Bu gün Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının iclası keçirilir. Dünyanın 110-dan artıq ölkəsini təmsil edən xarici QHT nümayəndələri, eləcə də beynəlxalq vətəndaş cəmiyyəti üzvləri burada iştirak edirlər.

Bizim üçün çox qürurvericidir ki, onları Azərbaycanda qəbul edirik. İnanırıq ki, bu platforma gələcəkdə daha böyük uğurlara imza atacaq və qarşıya qoyulan məqsədlərə nail olunacaq."

Global Art

Daha çox