Argentina Prezidenti Xavyer Miley 2026-cı il dünya çempionatının (DÇ-2026) final matçındakı məğlubiyyətdən sonra milli komandaya göstərdiyi əzmkarlığa görə təşəkkür edib.
Global Art Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkə hesabında məlumat verib.
"Oyunçulara çox böyük təşəkkür düşür! Siz sonadək mübarizə apardınız. Argentina hər zaman zirvədədir", - deyə Miley bildirib.
Qeyd edək ki, DÇ-2026-nın finalında İspaniya yığması Argentina üzərində 1:0 hesablı ilə qələbə qazanıb.
Global Art