Futbol üzrə Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu postda Didye Deşamı əvəzləyəcək mütəxəssislə 2030-cu ilin iyun ayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Fransa yığması dünya çempionatını dördüncü pillədə başa vurub. Komanda UEFA Millətlər Liqasındakı növbəti oyununu sentyabrın 25-də səfərdə Türkiyəyə qarşı keçirəcək.
Global Art