“Dream Fest” hər il yeni məqamlarla yadda qalır.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Sea Breeze”də “DREAM FEST - 2026” çərçivəsində qırmızı xalçadan keçən Xalq artisti Zülfiyyə Xanbabayeva danışıb.
Müğənni bildirib ki, festivalın hər buraxılışı əvvəlkindən fərqlənir və bu, tamaşaçılar üçün xüsusi ab-hava yaradır.
“Bu festivalda da yeniliklər var. Amma gələcək əməkdaşlıqlar və layihələr barədə indidən danışmaq istəmirəm. Onu zaman göstərəcək. Vaxtı çatanda hər şey bəlli olacaq”, – deyə Xalq artisti vurğulayıb.
Zülfiyyə Xanbabayeva qeyd edib ki, hazırda bütün diqqətini səhnə çıxışına yönəldib.
“Bu gün bütün fikrim yalnız səhnədədir. İnşallah, çıxışım uğurlu keçər”, – deyə o bildirib.
Xalq artisti sonda festival təşkilatçılarına və tamaşaçılara təşəkkürünü ifadə edib.
Global Art