Global Art
XəBəRLəR

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir

Strategiyaların konkret layihələrə çevrilməsi üçün dövlət və özəl maliyyə imkanlarının səfərbər edilməsi mühüm əhəmiyyət daşıyır.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Nərgiz Viek çıxışında deyib.

N.Viek qeyd edib ki, tədbir çərçivəsində hökumət nümayəndələri prioritetlər və yeni başladılan proqramlar, biznes və beynəlxalq maliyyə institutlarının nümayəndələri isə praktiki təcrübə, maliyyələşdirmə mexanizmləri və layihələrin ehtiyacları barədə fikir mübadiləsi aparacaqlar.

Onun sözlərinə görə, tədbirin əsas məqsədlərindən biri real biznes imkanlarını müəyyənləşdirmək, şirkətlərin prosesə cəlb olunması üçün zəruri şərtləri müzakirə etmək, həmçinin Almaniya və Azərbaycan tərəfdaşları arasında birgə layihələrin hazırlanması və həyata keçirilməsi imkanlarını genişləndirməkdir.

Daha çox