Global Art
XəBəRLəR

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycanın hava nəqliyyatındakı rolu artıb. Son dörd ildə ölkənin hava məkanından tranzit uçuşların sayı çoxalıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Nəqliyyat və Logistika – Orta Dəhliz: Azərbaycanın Strateji Rolu və Tərəfdaşlıqları” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Bakı ilə Almaniya arasında birbaşa hava əlaqələrinin genişləndirilməsi üçün imkanların olduğunu deyən nazir müavini AZAL-ın Berlin şəhərinə uçuşlar həyata keçirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında Bakı Limanının yaxınlığında yeni yük hava limanı tikilir: “İllik bir milyon ton yükdaşıma imkanına malik olacaq hava limanı dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatının vahid logistika sistemində birləşdirilməsinə imkan verəcək”.

Daha çox