bp ilə əməkdaşlığımız yeni layihələr vasitəsilə inkişaf edir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında keçirilən Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
“Azəri-Çıraq-Günəşli"də səmt qazı hasilatına başlanması, “Şahdəniz Kompressiya” layihəsi, “Şəfəq-Asiman”, “Qarabağ” və Əşrəfi-Dan Ulduzu-AyPara layihələri, həmçinin Özbəkistandakı birgə fəaliyyətimiz bu tərəfdaşlığın uzunmüddətli xarakterini nümayiş etdirir. Eyni zamanda, əməkdaşlığımız yaşıl enerji və dekarbonizasiya sahələrini də əhatə edir. Gələn il istismara verilməsi gözlənilən "Şəfəq" Günəş Elektrik Stansiyası, Səngəçal terminalının təmiz enerji vasitəsilə dekarbonizasiyası qlobal enerji keçidi üçün model təqdim edir”, - deyə nazir qeyd edib.