Global Art
XəBəRLəR

Azərbaycan Talassemiya Federasiyası tərəfindən bir sıra sosial və maarifləndirici tədbirlər həyata keçirilib

Azərbaycan Talassemiya Federasiyası tərəfindən bir sıra sosial və maarifləndirici tədbirlər həyata keçirilib

8 May Beynəlxalq Talassemiya Günü münasibətilə Azərbaycan Talassemiya Federasiyası tərəfindən bir sıra sosial və maarifləndirici tədbirlər həyata keçirilib.

Günün ilk yarısı İctimai TV-də təşkil olunan qanvermə aksiyası ilə başlayıb. Talassemiya pasiyentlərinə dəstək məqsədilə keçirilən aksiyada çoxsaylı könüllü donorlar iştirak ediblər.

Azərbaycan Talassemiya Federasiyası uzun illərdir talassemiya pasiyentlərinə dəstək məqsədilə qanvermə aksiyalarına, könüllü qan donorluğuna və sosial layihələrə göstərilən dəstəyə görə İctimai TV-yə və bütün tərəfdaş qurumlara səmimi təşəkkürünü bildirir.

Daha sonra talassemiya pasiyentləri üçün xüsusi sosial tədbir təşkil olunub. Uşaqlar və onların ailə üzvləri Gənclik Mall-da yerləşən Cinemastercard kinoteatrında bir araya gələrək “Super Mario” filmini izləyiblər.

Tədbir çərçivəsində uşaqlar üçün qida paketləri təqdim olunub. Azərbaycan Talassemiya Federasiyası tədbirin təşkilinə və göstərilən diqqətə görə bütün sponsor və dəstəkçilərə təşəkkürünü bildirir.

Tədbirin əsas məqsədi talassemiya ilə yaşayan uşaqlara xoş və yadda qalan anlar yaşatmaq, onların sosial inteqrasiyasını dəstəkləmək və Beynəlxalq Talassemiya Gününü birlik və həmrəylik ruhunda qeyd etmək olub.

Beynəlxalq Talassemiya Günü münasibətilə həyata keçirilən “Talassemiyanı işıqlandır” layihəsi çərçivəsində isə bu gün saat 20:00-dan etibarən Bakının tarixi simvollarından olan Qız Qalası və SOCAR Tower qırmızı rənglə işıqlandırılıb. Bununla da Azərbaycan talassemiya ilə bağlı qlobal həmrəylik təşəbbüsünə qoşularaq pasiyentlərə dəstək mesajı veriblər.

Azərbaycan Talassemiya Federasiyası “Talassemiyanı işıqlandır” layihəsinə, həyata keçirilən sosial təşəbbüslərə, könüllü qan donorluğu aksiyalarına və talassemiya pasiyentlərinə göstərilən davamlı dəstəyə görə bütün qurum və təşkilatlara minnətdarlığını bildirir.

Talassemiya qan xəstəliyidir. Hazırda Azərbaycanda minlərlə talassemiya pasiyenti müalicə alır.

Azərbaycan Talassemiya Federasiyası ölkəmizdə talassemiya sahəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya, talassemiya pasiyentlərinə dəstək olan bütün qurumlara, qan donorlarına, həkimlərə və bu yolda əməyi olan hər kəsə dərin təşəkkürünü bildirir.

 Global Art

Azərbaycan Talassemiya Federasiyası tərəfindən bir sıra sosial və maarifləndirici tədbirlər həyata keçirilib — 1

Daha çox