Global Art
XəBəRLəR

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qruplarının yaradılması üzərində işləyəcək.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında keçirilən Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.

“Enerji, nəqliyyat, rəqəmsal transformasiya, süni intellekt və bu gün gündəmimizdə mühüm yer tutan bütün digər sahələr böyük potensiala malikdir. Gələcəkdə münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik. Qarşıdakı dövrdə növbəti iclası gözləmədən əlaqələr davam etdiriləcək və müzakirə olunan məsələlərin praktiki şəkildə həlli, eləcə də mümkün qədər qısa müddətdə konkret nəticələrin əldə olunması məqsədilə işçi qrupların yaradılması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Daha çox