Global Art
XəBəRLəR

Fariz İsmayılzadə: Azərbaycan regional və qlobal miqyasda sülh gündəliyinin təşəbbüskarlarından birinə çevrilib

Fariz İsmayılzadə: Azərbaycan regional və qlobal miqyasda sülh gündəliyinin təşəbbüskarlarından birinə çevrilib

Azərbaycanın son illərdə həyata keçirdiyi fəal xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində orta güc kimi mövqeyini möhkəmləndirməklə yanaşı, regional və qlobal səviyyədə təsir imkanlarını da genişləndirib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfransda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın fəaliyyəti yalnız beynəlxalq təşkilatlar çərçivəsində deyil, həm də müxtəlif qeyri-formal əməkdaşlıq platformalarında özünü göstərir: "Azərbaycan-Türkiyə-Pakistan kimi çoxtərəfli əməkdaşlıq formatları beynəlxalq təşkilat statusu daşımamasına baxmayaraq, regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayır.

Bu platformalarda Azərbaycan diplomatiyası vacib funksiyalar yerinə yetirir, regional sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir".

Deputat bildirib ki, Azərbaycan bu gün Cənubi Qafqazda sülh gündəliyinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir, yeni reallıqlar formalaşdırır və regionda davamlı sabitliyin təmin olunmasına çalışır.

Azərbaycanın müxtəlif beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etdiyini qeyd edən Fariz İsmayılzadə bu fəaliyyətin ölkəmizin qlobal məsuliyyətə sadiqliyinin göstəricisi olduğunu vurğulayıb.

Global Art

Daha çox