Global Art
XəBəRLəR

Fərhad Məmmədov: Azərbaycan orta güc statusunu praktiki fəaliyyəti ilə təsdiqləyib

Fərhad Məmmədov: Azərbaycan orta güc statusunu praktiki fəaliyyəti ilə təsdiqləyib

Azərbaycan və Qazaxıstan Mərkəzi Asiya–Cənubi Qafqaz məkanında orta güc statusuna malik olan dövlətlər kimi çıxış edirlər.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfransda səsləndirib.

Onun sözlərinə görə, orta güc statusu yalnız nəzəri yanaşmalar və ya müəyyən meyarların formal tətbiqi ilə müəyyən edilmir. Bu status ilk növbədə dövlətin praktiki fəaliyyəti, regional və beynəlxalq proseslərə təsir imkanları, eləcə də qlobal təşəbbüslərdə iştirakı ilə formalaşır.

"Azərbaycan son illərdə irəli sürdüyü beynəlxalq təşəbbüslər, vasitəçilik fəaliyyəti, regional problemlərin həllində oynadığı rol və müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlər qurmaq bacarığı sayəsində orta güc statusunu praktik müstəvidə təsdiqləyib. Bu gün Azərbaycanın müxtəlif siyasi və iqtisadi platformalarda fəal iştirakı, qlobal çağırışlara münasibətdə məsuliyyətli mövqeyi və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları ölkənin artan nüfuzunu nümayiş etdirir.

Orta güc anlayışını yalnız nəzəri çərçivədə qiymətləndirmək doğru olmaz. Təcrübə və real fəaliyyət nəzəriyyəni tamamlamalıdır. Azərbaycan məhz praktik nəticələri ilə bu statusa malik olduğunu sübut edib”, – deyə Fərhad Məmmədov vurğulayıb.

Global Art

Daha çox