Ölkələrimiz arasında iqtisadi, ticari, sənaye, investisiya, kənd təsərrüfatı və digər sahələrdə mühüm layihələr reallaşdırılır.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
O bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ilin mayında Azərbaycana dövlət səfəri, aparılmış danışıqlar və imzalanmış sənədlər isə əlaqələrin inkişafına yeni təkan verib.
“Ölkələrimizin Baş nazirləri, ayrı-ayrı sahələrə məsul nazirlərimiz təmasdadırlar və dövlət başçılarının tapşırıqlarının vaxtında icra olunması istiqamətində müntəzəm iş aparırlar”, - deyə Milli Məclisin sədri qeyd edib.
Global Art