Global Art
XəBəRLəR

Omanın Məşvərət Məclisinin sədri: Dünyada sülhə, qarşılıqlı anlaşmaya hər zamankından daha çox ehtiyac var

Omanın Məşvərət Məclisinin sədri: Dünyada sülhə, qarşılıqlı anlaşmaya hər zamankından daha çox ehtiyac var

Bizi birləşdirən ən ali dəyər İslamdır. Məhz bu ortaq mənəvi irs gələcək əməkdaşlığımızın da ən möhkəm təməlini və ən bariz rəmzini təşkil edir. Qarşıda duran qlobal çağırışların öhdəsindən yalnız birlik, həmrəylik və qarşılıqlı dəstək sayəsində gələ bilərik.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində Omanın Məşvərət Məclisinin sədri Xalid əl-Mavali deyib.

O qeyd edib ki, bu gün dünyada sülhə, sabitliyə və qarşılıqlı anlaşmaya hər zamankından daha çox ehtiyac var. Bu məqsədlərə nail olmaq yalnız ədalət, mərhəmət, humanizm və insan ləyaqətinə hörmət prinsipləri əsasında mümkündür. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, bütün fikir ayrılıqları qarşılıqlı etimad, dialoq və qarşılıqlı ehtiram yolu ilə həll olunmalıdır.

“İslam dünyasının birliyi və həmrəyliyi yalnız müsəlman ölkələrinin deyil, bütövlükdə beynəlxalq sülh və təhlükəsizliyin möhkəmlənməsinə də mühüm töhfə verə bilər. Buna görə də əməkdaşlığımızı daha da gücləndirmək, ortaq dəyərlərimizi qorumaq və gələcək nəsillər naminə birlikdə çalışmaq hər birimizin ümumi məsuliyyətidir”,- deyə Xalid əl-Mavali bildirib.

Global Art

Daha çox