Global Art
XəBəRLəR

Ramil İskəndərli: "Şəhərlərin bərpasında vətəndaş cəmiyyətinin iştiraki vacibdir"

Ramil İskəndərli: "Şəhərlərin bərpasında vətəndaş cəmiyyətinin iştiraki vacibdir"

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli WUF13 çərçivəsində UN-Habitat tərəfindən keçirilən ilk tədbir — “İcma birlikləri və vətəndaş cəmiyyəti təşkilatları assambleyası”nın açılış sessiyasında çıxış edib.

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudia Rossbaxın tədbir iştirakçılarına yönləndirdiyi açılış nitqindən sonra çıxış edən Ramil İskəndərli bildirib ki, Azərbaycan Milli QHT Forumu ölkənin ən böyük vətəndaş cəmiyyəti platforması olaraq dayanıqlı inkişaf, iqlim fəaliyyəti, sosial inklüzivlik, şəhərsalma və humanitar təşəbbüslər istiqamətində yüzlərlə QHT-ni bir araya gətirir.

Ramil İskəndərli qərargahı Bakıda yerləşən Qlobal Cənub QHT Platformasının fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 120-dən çox ölkədən QHT-ləri bir araya gətirən Platformanın ilk Baş Assambleyası çərçivəsində keçirilən şəhərsalma sessiyasında post-münaqişə dövründə şəhərlərin bərpası, dayanıqlı məskunlaşma və urban inkişaf proseslərində vətəndaş cəmiyyətinin iştirakı məsələləri müzakirə olunub, yekun olaraq isə bu sahədə QHT-lərin qərarvermə proseslərində iştirakının vacibliyi vurğulanıb.

Global Art

Daha çox