Global Art
XəBəRLəR

TBMM sədri: Yeni dünya nizamının əsas xüsusiyyəti çoxqütblülük olacaq

TBMM sədri: Yeni dünya nizamının əsas xüsusiyyəti çoxqütblülük olacaq

Biz bu tədbiri son dərəcə mühüm bir dövrdə keçiririk. Dünya bəlkə də bəşər tarixinin ən mühüm qırılma nöqtələrindən birini yaşayır. Böyük münaqişələrin, böyük gərginliklərin, insan əli ilə yaradılan böyük problemlərin, eləcə də siyasi və iqtisadi mənada indiyədək görmədiyimiz böyük təlatümlərin yaşandığı bir dövrdəyik.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində deyib.

O bildirib ki, ikiqütblü sistemin, ardınca isə təkqütblü sistemin geridə qalması ilə önümüzdə yeni bir dövrün səhifələri sonuna qədər açılır. Yeni sistemin ən bariz xüsusiyyətlərindən birinin çoxmərkəzlilik, çoxqütblülük olacağı şəksizdir. “Bu baxımdan, çox böyük potensiala malik olan İslam dünyasının üzərinə də dünyanın gələcəyində son dərəcə mühüm rollar düşür. İslam dünyasının önündə çox böyük fürsətlər açılır. Ona görə də biz malik olduğumuz bu mühüm fürsətlərin, yaşadığımız dövrün şərtlərini də yaxşı qiymətləndirərək fərqinə varmalı və lazımi addımları atmalıyıq”, - deyə TBMM-in sədri vurğulayıb.

Global Art

Daha çox