Global Art
XəBəRLəR

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, kollegiyanın inzibati binasında təşkil olunan qəbul zamanı vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlər hərtərəfli araşdırılıb və hər bir müraciət ayrıca qeydə alınıb.

Qəbul çərçivəsində vətəndaşların üzləşdikləri hüquqi problemlərin həlli istiqamətində ətraflı müzakirələr aparılıb, onlara mövcud qanunvericiliyin tələblərinə uyğun hüquqi izahlar, praktiki tövsiyələr və zəruri məsləhətlər verilib.

Eyni zamanda, operativ həlli mümkün olan müraciətlər üzrə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək, aidiyyəti üzrə zəruri tədbirlərin görüləcəyi nəzərə çatdırılıb.

Qeyd edək ki, VK tərəfindən vətəndaş məmnunluğunun artırılması, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və əhalinin hüquqi xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Anar Bağırovun rəhbərliyi ilə keçirilən vətəndaş qəbulları müntəzəm xarakter daşıyır və müraciətlərə operativ, şəffaf, obyektiv yanaşmanın təmin edilməsinə, vətəndaşların hüquq və qanuni mənafelərinin səmərəli müdafiəsinə xidmət edir.

Sədrin qəbulunda iştirak etmək istəyən vətəndaşlar VK Aparatına müraciət edə bilərlər.

Global Art

Daha çox