Global Art
XəBəRLəR

WUF13 çərçivəsində SPECA Forumu işə başlayıb

WUF13 çərçivəsində SPECA Forumu işə başlayıb

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində SPECA Forumu işə başlayıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) üzrə “İnklüziv və davamlı şəhər gələcəyi üçün şəhərlərin mənzil həlləri” adlı forumda SPECA-ya üzv ölkələrdə şəhərsalma məsələlərinə dair müzakirələr aparılır.

SPECA Mərkəzi Asiyada subregional əməkdaşlığı gücləndirmək və onun dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirmək üçün 1998-ci ildə başlayıb. SPECA ölkələri Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) Proqrama birgə dəstək verir.

Global Art

Daha çox