Global Art
SIYASəT

Ceyhun Bayramov azad edilmiş ərazilərimizdəki mina təhlükəsi barədə hindistanlı həmkarını məlumatlandırıb

Ceyhun Bayramov azad edilmiş ərazilərimizdəki mina təhlükəsi barədə hindistanlı həmkarını məlumatlandırıb

Oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar arasında görüş keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Hindistan münasibətlərinin siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəni əməkdaşlıq sahələrini əhatə edən bütün gündəliyi müzakirə olunub. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Limanının, Ələt Azad İqtisadi Zonasının və digər sənaye zonalarının təklif etdiyi imkanlar da vurğulanıb.

Həmçinin regional və beynəlxalq hadisələr, BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıq müzakirə edilib.

Ceyhun Bayramov Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi, etimad quruculuğu tədbirləri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri və davam edən mina təhlükəsi barədə həmkarını məlumatlandırıb.

Nazirlər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri də müzakirə ediblər.

Daha çox