Hindistan şirkətləri, o cümlədən əczaçılıq sahəsində fəaliyyət göstərən müəssisələr dünyanın aparıcı istehsalçıları sırasında yer alır. Ölkəmizdə də tibbi ləvazimatlar, dərman vasitələri və digər tibbi məhsullar arasında Hindistan istehsalçılarının məhsulları geniş yayılıb və mühüm mövqeyə malikdir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, enerji, əczaçılıq, kompüter texnologiyaları, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal xidmətlər və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.