Oktyabrın 19-da Sabunçu rayonu, Bakı Gənclər Mərkəzində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
Müşavirə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müşavirəni açıq elan edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev geniş məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, ölkəmizin müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmini və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər barədə söz açıb.
Digər çıxışlarda da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərdən, ölkənin iqtisadi və hərbi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən geniş söz açıblar.